Şəmkir rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Şəmkir rayon komitəsi və rayon Təhsil sektoru tərəfindən təşkil olunan tədbirdə çıxış edənlər müqqədəs peşənin sahiblərini - müəllimləri təbrik edib, rayon təhsilinin inkişafında, gənclərin tərbiyə olmasında, onların vətənpərvər ruhda böyüməsində xidmətlərindən bəhs ediblər.
Şəmkir rayon komitəsinin əməkdaşı Zaur İbrahimov, Təhsil sektorunun müdiri Qüdrət Əliyev çıxışlarında dövlətimizin təhsil siyasətindən, bu sahəyə olan dövlətimizin diqqət və qayğısından, müəllim əməyinin məsuliyyətindən söz açıblar. Sonda müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub.