Martın 8-də Şəmkir rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Şəmkir rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun müxtəlif məktəblərindən qadın müəllimlər iştirak ediblər.
Bayram tədbirində çıxış edən rayon komitəsinin əməkdaşı Zaur İbrahimov dövlətimizin geder siyasətindən, qadınların ölkəmizin ictimai-siyasi həyatında effektli rolundan, onların müxtəlif sahələrdə, əsasən təhsildə əldə etdikləri nailliyətlərdən danışıb.
Qadınları təbrik edən Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev onların rayon təhsilinin inkişafında, gənc nəslin tərbiyə olunmasında, biliklərə yiyələnməsində misilsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, getdikcə qadınların cəmiyyətdə rolu artmaqdadır, artıq həm seçkili orqanlarda, həm də təyinat yolu ilə idarəetmədə qadın təmsilçilərin sayı artmaqdadır.
Sonda xanım pedaqoqlara Fəxri fərman və hədiyyələr təqdim olunub.