Təhsil sahəsində xüsusi nəaliyyətləri ilə fərqləndiklərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin müəllimi Yeganə Mejlumova "Əməkdar müəllim" fəxri adı ilə, Dəllər Cəyir kənd tam orta məktəbin müəllimi Təranə Bayramova isə "Tərəqqi" medalı ilə təltif olunub. Mükafatlar hər iki müəllimə ATİAHİ Şəmkir rayon komitəsi tərəfindən təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon komitəsinin sədri Həsən İsmayılov müəllimləri təbrik edib, bundan sonrakı pedaqoji fəaliyyətlərində və şəxsi həyatlarında onlara uğurlar arzulayıb.
Hər iki müəllimə rayon komitəsi tərəfində hədiyyələr və pul mükafatı təqdim olunub.