Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən BMA-nın bir sıra professor-müəllim heyətinin üzvleri döş nişanları ilə və fəxri fərmanlarla təltif edilmişlər.
İttifaq üzvlərinə hədiyyələr və mükafatlar da verilmişdir.
Həmçinin BMA-nın iki tələbəsinə adlı təqaüd təqdim olundu. Tədbirdə BMA-nın Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və BMA-nın Həmkarlar təşkilatının rəhbər işçiləri iştirak etmişdirlər.